Elşad Əhmədov: "Asan təslim olmayacağıq" - Video

Elşad Əhmədov: "Asan təslim olmayacağıq" - Video
Futbol, Video
30 Sentyabr 2018 - 15:06
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında VI turunda "Qarabağ"a məğlubiyyətin ardından "Sabah"ın baş məşqçisi Elşad Əhmədov fikirlərini bölüşüb.


- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandı, bizdən üstündür. Biz də bacardığımız qədər vuruşduq. Futbolçuların ən azı bir xallıq əziyyətləri vardı, onlardan razıyam.

- "Sumqayıt"a 1:4 məğlub olduğunu oyun daha ağır idi, yoxsa bu?

- Hər iki komanda arasında fərq var. Əsas odur ki, "Qarabağ" ilk qolu vuranda çox sevinməyi məni təəccübləndirdi. Demək ki, 3 xalı itirəcəklərinə görə qorxurdular.

- Görünür ki, komanda bir futbolçudan aslıdır. Deviçin oyunu alınmayanda heç nə alınmır. Əsasən də komanda müdafiə olunur.

- Deviç komanda yoldaşlarından daha təcrübəlidir. Amma biz bir futbolçudan asılı deyilik. Hər bir oyunçumuzdan qol gözləyirik.

- Komandanız bəzi xeyli adlı-sanlı komandadan xal alıb. Bu, rəqiblərdən güclü olmağınızdan qaynaqlanır, yoxsa rəqibləriniz komandanızı ciddiyə almır?

- Məqsədimiz Premyer Liqada qalmaqdır. Sadəcə, heç kimə asan təslim olmaq fikrimiz yoxdur. "Qarabağ" və "Neftçi" kimi rəqiblərlə daha çox müdafiə olunmaq məcburiyyətində qalırıq.

Digər xəbərlər