"Arsenal"ın qolkiperi zədələndi - Foto

"Arsenal"ın qolkiperi zədələndi - Foto
Futbol, Foto
30 Sentyabr 2018 - 03:00
Supersport.Az-ın məlumatına görə, Premyer Liqanın 7-ci turunda "Uotford"u iki qolla məğlub edən "Arsenal" ciddi itkiylə üzləşib.

Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ"la səfər oyunu öncəsi "topçular"ın əsas qapıçısı Petr Çex zədələnib.

"Uotford"la görüşdə topu oyuna daxil edən zaman zədələnən futbolçuya tibbi yardım göstərilsə də, oyunu davam etdirə bilməyib. Çexin əvəzinə meydana almaniyalı qapıçı Bernd Leno daxil olub.

36 yaşlı əlcək sahibinin "Qarabağ"la matçı buraxacağı dəqiqdir. Ağdam təmsilçisi ilə görüşdə qapı Bernd Lenoya həvalə ediləcək.

London klubunun heyətində Sokratis Papastatopulos, Loran Koselni və Karl Cenkinson da zədədən əziyyət çəkirlər. Sead Kolaşinaç isə zədəsini sağaldıb.

 

Digər xəbərlər