"Arsenal" Bakıya qələbəylə gəlir - Video

"Arsenal" Bakıya qələbəylə gəlir - Video
Futbol, Video, Foto
30 Sentyabr 2018 - 01:16
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 7-ci turunda "Arsenal" öz meydanında "Uotford"u iki qolla məğlub edib.

Turnir cədvəlinə 19 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" eyni xalla 2-ci, "Çelsi" 17 xalla 3-cüdür. "Tottenhem"lə "Arsenal" 15 xalla 4-5-ci yerləri bölüşürlər.

"Arsenal" 2-0 "Uotford"

Qollar: Kryeq Katkart, 81 (avtoqol), Məsut Özil, 83

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


 

Digər xəbərlər