"Tank"dan iddialı açıqlama

"Tank"dan iddialı açıqlama
Kikboks, Digər
29 Sentyabr 2018 - 19:49
Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu,"Tank" ləqəbli kikboksçu Xəyal Əhmədov 2018-ci il 6 oktyabr tarixində Almaniyanın Boxum şəhərində döyüşə çıxacaq.

Supersport.Az-ın məlumatına görə, Xəyal Əhmədov rəqibi Lukas Boçenski qarşı döyüşəcək. Döyüş ruhrconqress adlı yerdə olacaq.

"İnanıram ki, döyüşdən qələbə ilə ayrılacam. Hər qarşılaşmada nəsə öyrənirəm. Bu dəfə də məni çətin və məsuliyyətli döyüş gözləyir. Arzumdur ki, çox sevdiyim üçrəngli bayrağımızı zirvələrə qaldırım" - deyə, idmançı qeyd edib.

Qeyd edək ki, Xəyal Əhmədov bir sıra beynəlxalq yarışların qalibidir. Əsasən peşəkar sahədə döyüşür.

Digər xəbərlər