Azərbaycan Ermənistanı məğlub etdi - Şəkil

Azərbaycan Ermənistanı məğlub etdi - Şəkil
Şahmat, Digər, Foto
29 Sentyabr 2018 - 09:47
Supersport.Az-ın məlumatına görə, Gürcüstanın Batumi şəhərində 43-cü ümumdünya şahmat olimpiadasında kişilərdən ibarət Azərbaycanın yığma komandası Ermənistanı məğlub edib.

Beşinci turda millimiz 2,5:1,5 hesabıyla qalib gəlib.

Komandamızın lideri Şəhriyar Məmmədyarov Levon Aronyanı mat edib.

Qabriel Sarkisyan Teymur Rəcəbova uduzub.

Qara fiqurlarla oynayan Rauf Məmmədov Hayk Martirosyanla xalı bölüb.

Komandamızın milliləşdirilmiş üzvü Arkadi Naydiç isə Qrant Melkumyanla bacarmayıb.

Bu qələbəylə zəkalılarımız olimpiadada lider mövqeyini qoruyub.

Qeyd edək ki, şahmat olimpiadasında qaliblərin adına 11 turun yekununda aydınlıq gələcək.

Digər xəbərlər