"Arsenal"la oyun ərəfəsində "Qarabağ"da şok itki - Foto

"Arsenal"la oyun ərəfəsində "Qarabağ"da şok itki - Foto
Futbol, Foto
28 Sentyabr 2018 - 23:02
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış matçında "Qarabağ" "Zirə"ni qəbul etdiyi matçda ciddi itkiylə üzləşib.

Ağdam klubunun cinah futbolçusu Donald Gerye çiynindən ağır zədələnib. Haitili oyunçunun çiyni çıxıb. O, oktyabrın 4-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Arsenal"la oyunu buraxmalı olacaq.

 

Digər xəbərlər