Çempionlarımız futbolda da qalib oldular

Çempionlarımız futbolda da qalib oldular
Futbol, Digər
25 Sentyabr 2018 - 22:37
Xüsusi Olimpiya Hərəkatının 50 illiyi ilə bağlı Bakı İdman Sarayında futbol oyunları keçirilib.

Supersport.Az saytı xəbər verir ki, tədbirə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, karate üzrə 5-qat dünya və 12-qat Avropa çempionu Rafael Ağayev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev də qatılıblar.

Bizimkilər həm dünya, həm də Avropa xüsusi olimpiya hərəkatının futbolçularına qalib gəliblər. Amma mükafatlandırmada qonaqpərvərlik nümunəsi olaraq, qızıl medallar Azərbaycana yox, dünya yığmasına verilib. Ulduz idmançılarımız bürünc medallarla kifayətləniblər.

Digər xəbərlər