Tanınmış karateçi Rafael Ağayev seminar keçirəcək

Tanınmış karateçi Rafael Ağayev seminar keçirəcək
Karate, Digər
25 Sentyabr 2018 - 21:15
Supersport.Az-ın məlumatına görə, 28-30 sentyabr tarixlərində ənənəvi "Baku Open" beynəlxalq karate turniri keçiriləcək.
9-cu dəfə təşkil edilən yarış keçmiş SSRİ-də karatenin yaranmasının 40 illik yubileyinə həsr olunacaq. Turnirə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları həm dəvət olunacaq, həm də iştirak edəcəklər.
Bakı İdman Sarayında yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaq. Təntənəli açılış mərasimi 29 sentyabr saat 17:00-da başlanacaq.
SSRİ-də karatenini yaranmasının 40 illik yubileyinə həsr olunmuş 9-cu beynəlxalq "Baku Open" turnirindən bir gün əvvəl, 27 sentyabrda beşqat dünya və on iki dəfə Avropa çempionu, dünyanın ən titullu karteçisi Rafael Ağayevin seminarı təşkil ediləcək.
Seminar Bakı İdman Sarayında, saat 18:00-da başlanacaq.

Digər xəbərlər