"Qarabağ" - "Arsenal" oyununa satılan bilet sayı

"Qarabağ" - "Arsenal" oyununa satılan bilet sayı
Futbol
25 Sentyabr 2018 - 19:53
Avropa Liqasının 2-ci turunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyununa bilet satışı davam edir.

Supersport.az-ın kluba istinadən yaydığı xəbərə görə, artıq 20 min bilet satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

Digər xəbərlər