FİFA ən yaxşıları müəyyənləşdirdi: Salah, Deşam, Modriç...

FİFA ən yaxşıları müəyyənləşdirdi: Salah, Deşam, Modriç...
Futbol
25 Sentyabr 2018 - 00:00


Bu gün FİFA 2018-ci il "The Best" mükafatının qaliblərini açıqlayıb.


Supersport.Az-ın məlumatına görə, Londonda keçirilən tədbirdə ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatına Luka Modriç ("Real", Xorvatiya), Məhəmməd Salah ("Liverpul", Misir) və Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya) namizəddir.

İlin ən yaxşı baş məşqçisi Fransa milli komandasınıdünya çempionu edən Didye Deşam seçilib. Qalib mütəxəssis "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanı və Xorvatiya yığmasının çslışdırıcısı Zlatko Daliçi qabaqlayıb.

İlin ən yaxşı qapıçısı Belçika yığmasının və hazırda "Real"ın qapısını qoruyan Tibo Kurtua olub. Qolkiper, Fransa millisinin və İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyorislə  "Lester"in və Danimarka yığmasının qolkiperi Kasper Şmeyxeli geridə qoyub.

Tədbirdə 2018-ci ilin ən yaxşı qolunun müəllifi  - "Liverpul"un futbolçusu Məhəmməd Salah seçilib. Misirli yarımmüdafiəçi "Everton"la matçda vurduğu qola görə mükafatlandırılıb.

İlin ən yaxşı futbolçusu seçilən xorvat Luka Modriçə mükafatı FİFA prezidenti Canni İnfantino təqdim edib.

Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcədə jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata K.Ronaldo layiq görülüb.

Digər xəbərlər