Qurban Qurbanov: "Bu hərəkətləri xoşlamıram" - Video

Qurban Qurbanov: "Bu hərəkətləri xoşlamıram" - Video
Futbol, Video
24 Sentyabr 2018 - 21:15
Supersport.Az Azərbaycan Premyer Liqasının V turunda öz meydanında "Qəbələ"ni məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.

"Çox vacib qələbə qazandıq. Hər üç gündən bir oyun keçiririk, buna görə də heyətdə rotasiya etmişdik. Futbolçularım çox istəkli idilər. Düşünürəm ki, azarkeşlər yaxşı futbol izlədilər" deyən mütəxəssis, sualları cavablandırıb.


- "Qarabağ"ın ikinci heyətinin "Qəbələ"yə böyükhesabla qalib gəlməsi sizi məyus etmədi?


- Deməzdim. Bundan öncəki turda "Sumqayıt"a çox çətinliklə qalib gəlmişdik. Qol epizodlarından istifadə etdik, futbolçularımız daha dəqiq oynadılar.

- Mahir Mədətov sosial şəbəkədə azarkeşlərin tənqidinə kəskin reaksiya verib. Onunla bu barədə söhbət etmisiniz?

- Mahirin adı son zamanlar tez-tez hallanır. Bu məsələlərdən məlumatım var.  Əlbəttə, istəmərəm ki, belə hallar olsun. Söhbətimiz olub. İnanıram ki, bundan sonra onu sosial şəbəkələrdə az-az görəcəksiniz. Futbolçuların, insanların fikri sosial şəbəkələrə həddindən artıq çox qalıb. Bu da bizim işimizə çətinlik yaradır.

- Oyunun son dəqiqələrində qalmaqal baş verdi. Buna reaksiyanız necədir?

- Əfsuslar olsun ki, belə hallar oldu. Bu hərəkətləri xoşlamıram, xüsusən də millinin futbolçuları bunu edəndə. Ancaq başa düşmək olar, rəqib məğlub durumda idi. Futbolçu həmin epizodda gələcək oyunları düşünməlidir. Çünki bu oyun əldən gedib, digər matçda komandasına kömək edə bilər. Mən belə halları bəyənmirəm. Millinin futbolçuları digər oyunçulardan fərqlənməlidirlər.

Digər xəbərlər