Qurban Qurbanov Lissabonda sualları cavablandıracaq

Qurban Qurbanov Lissabonda sualları cavablandıracaq
Futbol
19 Sentyabr 2018 - 18:18
Supersport.Az-ın məlumatına görə, sabah Avroliqanın qrupunun ilk oyununda "Sportinq"lə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Lissabonda Bakı vaxtilə saat 21:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 22:00-da qarşılaşmanın keçiriləcəyi "Joze Alvalade" stadionunda keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək  ki, sentyabrın 20-də oynanılacaq "Sportinq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Digər xəbərlər