Ayaz Quliyevdən gözəl qol ötürməsi - Video

Ayaz Quliyevdən gözəl qol ötürməsi - Video
Futbol, Video
18 Sentyabr 2018 - 04:13
Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

 

Supersport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” səfərdə “Ural”la qarşılaşıb. Qarşılaşma 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

90 dəqiqə meydanda olan Quliyev məhsuldar ötürmə müəllifi olub. Ayaz 49-cu dəqiqədə fərqlənən Aleksey İonovo qol ötürməsi edib. 61-ci dəqiqədə isə Ayaz sarı vərəqə ilə cəzalanıb.

 

“Rostov” geridə qalan 7 turdan sonra 14 xalla 2-ci pillədə qərarlaşıb.

 

Digər xəbərlər