İbrahim Şehiç komandasını xilas etdi - Video

İbrahim Şehiç komandasını xilas etdi - Video
Futbol, Video
17 Sentyabr 2018 - 06:40
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının 5-ci turunda "Qarabağ"ın keçmiş qolkiperi İbrahim Şehiçin çıxış etdiyi Ərzurum komandası səfərdə xal qazanıb.

"Sivasspor"un qonağı olan "Ərzurum BB" əvvəlcə hesabda irəli çıxıb, sonra iki qol buraxsa da, məğlubiyyətdən qaça bilib. Oyun 2:2 hesabıyla başa çatıb.

Start heyətdə meydana çıxan İ.Şehiç 90 dəqiqənin sonuna qədər mübarizə aparıb. Təcrübəli qolkiper bir neçə dəfə komandasını qoldan xilas edib, azarkeşlər alqışla qarşılayıb.



Digər xəbərlər