Ramil Quliyev: "Türk xalqını sevindirməyə davam edəcəyəm"

Ramil Quliyev: "Türk xalqını sevindirməyə davam edəcəyəm"
Digər, Cüdo
15 Sentyabr 2018 - 07:36
Supersport.Az-ın məlumatına görə, Türkiyəyə mötəbər yarışlarda zəfərlər qazandıran azərbaycanlı atlet Ramil Quliyev növbəti dəfə maraqlı açıqlamayla gündəmə gəlib.

Antalyada "Gloria Kuboku"nda 200 metr məsafəyə yarışı birinci başa vuran 28 yaşlı idmançı mövsümü qiymətləndirib.

Bir mövsümdə 20 yarışda mübarizə apardıqlarını deyən titullu atlet, qazandığı medalları saymadığını, hər həftə yarışda iştirak etdiklərini bildirib.

Dünya və Avropa çempionu, Olimpiya qızıl medalını qazanmaqda israrlı olduğunu qeyd edib:

"Ən böyük hədəf 2020-ci il olimipiadasıdır. Təcrübəmizi daha da artıraraq hazırlığımız davam edəcək. Bir az istirahətdən sonra yeni mövsümə başlayacağıq. Növbəti bir il mövsümün müddəti çox olacaq, mayda başlayıb sentyabrın sonuna qədər yarışmaq məcburiyyətində qalacağıq. Buna görə də bu il fərqli planla və çox çalışdıq. Yeni mövsüm bütün yarışlarda məqsəd qızıl medal qazanmaqdır".

Beynəlxalq atletika qurumunun (IAAF) Çexiyanın Ostrava şəhərində təşkil etdiyi Qitələr Kubokunda ikinci olan Ramil, çempionluğu az fərqlə qaçırdığını söyləyib.

İdmançı Almaniyanın paytaxtı Berlində 200 metr məsafəyə qaçışda çempion, həmçinin Avropada bütün zamanların ən sürətli ikinci atleti olmasını yüksək nəticə kimi dəyərləndirib.

Antalyada daha çox məşq edən çempion, Belekdə hazırlaşdığı məkanı evi hesab edir.

"Atletikaya maraq böyükdür. Türkiyədə bu idman növünün inkişafı üçün daha çox güc sərf edəcəyəm. İki, üç həftə istirahət müddətində belə məşqlər edəcəyəm. Anam və atam atlet olub. Atam 200 metrə sprinter idi. Uşaqlıqdam hər yarışı izləyirdi: Avropa, dünya çempionatlarını, olimpiadaları. Mən də "Bir gün qaçış meydanında olacağam" deyərək xəyal qururdum. Uşaqlıqda Azərbaycanda bir neçə olimpiya növündə yarışdım: güləş, boks, cüdoda. Ancaq burda qala bilmədim. Atletika yarışlarında isə uğur qazanırdım, mənə daha asan olurdu. Belə də davam etdim. Həmişə atamı örnək hesab edirdim".

Ramil, onu dəstəkləyən Türk xalqını sevindirməyi davam etdirəcəyini vurğulayıb.

Gənclərə çağırış edən titullu idmançı, "İdmana başlayın, yarımçıq tərk etməyin" ismarıcını göndərib ("Anadolu Agentliyi").

Digər xəbərlər