Nazim Süleymanov hakimə əsəbləşdi, cəzalanmasını istədi - Video

Nazim Süleymanov hakimə əsəbləşdi, cəzalanmasını istədi - Video
Futbol, Video
15 Sentyabr 2018 - 02:28
Supersport.Az Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qarabağ" - "Sumqayıt" oyununda mübahisəli epizodla yanaşı, məğlub klubun baş məşqçisi Nazim Süleymanovun fikirlərinin videosunu təqdim edir. Mütəxəssis baş hakim İnqilab Məmmədovun qarşılaşmanın son dəqiqələrində ədalətsiz qərar verdiyini, rəqib qapısına penalti təyin etmədiyini bildirib. Baş məşqçi AFFA-dan referiyə cəza verməsini istəyib. Mübahisəli epizodda top cərimə meydançasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun əlinə toxunub. Baş hakim İnqilab Məmmədov penalti təyin etməyib və buna etiraz edən "Sumqayıt"lı futbolçular üstünə hücum çəkib və hər iki komandanın oyunçuları arasında gərginlik olub.


 

Digər xəbərlər