"Neftçi" lider qaldı, "Sabah" ikinci pilləyə yüksəldi

"Neftçi" lider qaldı, "Sabah" ikinci pilləyə yüksəldi
Futbol
16 Sentyabr 2018 - 23:00
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Supersport.Az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib.

Premyer Liqamızın debütantı "Sabah" öz meydanında "Qəbələ"ni qəbul edib. Komandaların turnir cədvələində qonşu pillələrdə qərarlaşdığından oyun gərgin keçəcəyi gözənilirdi. "Sabah" "Qəbələ" ilə qarşılaşmada daha yaxşı təsir bağışlayaraq qələbə qazanıb. Meydan sahibləri azlıqda qalsalar da, qalib gəliblər. 

Günün digər matında isə "Neftçi" evdə "Keşlə"ni sınağa çəkib. Meydan sahibləri 3 turdan sonra lider, qonaqlar isə autsayder idi.

Oyuna gəlincə, "Neftçi" iki cavabsız qol vuraraq qələbəni bayram edib.   

16 sentyabr (bazar)

Azərbaycan Premyer Liqası

IV tur

21:00. "Neftçi" - "Keşlə" 2-0


Qollar: Anton Krivotsyuk 88, Baqali Dabo 90+3

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
8-ci km stadionu

19:00. "Sabah” - "Qəbələ”1-0


Qol: Marko Deviç 23

Qırmızı vərəqə: Məqsəd İsayev 76

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə
“Əlincə Arena”
14 sentyabr (cümə)

"Qarabağ” - "Sumqayıt” - 1:0
Qol: 
Ozobiç, 21-pen

15 sentyabr (şənbə)

"Səbail” - "Zirə” - 1:1
Qollar: 
Pərdis-Fərcad Azad, 68-pen (0:1), Rahid Əmirquliyev, 84 (1:1)

 





































































































NKlublarOQHMT-FX
1Neftçi43107-210
2Sabah43015-49
3Qarabağ32104-17
4Qəbələ41125-44
5Sumqayıt41125-54
6Səbail41123-74
7Zirə30213-52
8Keşlə40133-71


 



Marko Deviç ("Sabah") - 5 qol
Mahir Mədətov ("Qarabağ") - 2 qol
Kevin Kubemba ("Səbail") - 2 qol 


Digər xəbərlər