Qara və Riçard UEFA-nın TOP-5-liyində

Qara və Riçard UEFA-nın TOP-5-liyində
Futbol
12 Sentyabr 2018 - 12:01
UEFA Millətlər Liqasında ilk 2 turdan sonra dəqiq ötürmələrin sayına görə ən yaxşı 5 futbolçunun adını açıqlayıb.

Supersport.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İspaniya millisinin kapitanı Serxio Ramosun (204 dəqiq ötürmə) başçılıq etdiyi siyahıda yığmamızın 2 üzvü – Riçard Almeyda və Qara Qarayev də yer alıb.

Braziliyalı milliləşdirilmiş yarımmüdafiəçi Kosovo (0:0) və Malta ilə oyunlarda (1:1) ümumilikdə 150 dəqiqə ötürmə verib ki, bu da onun 2-ci pillədə qərarlaşmasına səbəb olub. Qarayev isə 145 ötürmə ilə Top-5-liyin 4-ci sırasında yer alır.

TOP-5-lik isə bu cürdür:

Serxio Ramos (İspaniya) – 204

Riçard Almeyda (Azərbaycan) – 150

Okay Yokuşlu (Türkiyə) – 148

Qara Qarayev (Azərbaycan) – 145

Çağlar Söyüncü (Türkiyə) - 145

Digər xəbərlər