Qurban Qurbanov: "2 xal itirdik"

Qurban Qurbanov: "2 xal itirdik"
Futbol
11 Sentyabr 2018 - 19:01

Supersport.Az-ın məlumatına görə, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Ta Qali milli stadionunda Malta ilə oyunda xal itirən Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.


"Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik. Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm. Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq".


Digər xəbərlər