Renat Dadaşov yığmadan göndərildi

Renat Dadaşov yığmadan göndərildi
Futbol
10 Sentyabr 2018 - 19:13
Supersport.Az-ın məlumatına görə, 21 yaşadək futboçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Renat Dadaşov komandadan ayrılıb. Buna səbəb futbolçunun zədəli olması göstərilib. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da İsrail yığmasına qarşı keçirilən oyunda xəsarət alan futbolçunun müayinəsinin nəticəsinə əsasən sentyabrın 11-də Norveç komandasına qarşı keçiriləcək matçda iştirak edə bilməyəcəyi məlum olub. Məlumatı AFFA-nın saytı yayıb.

Digər xəbərlər