Cokoviçdən növbəti zəfər

Cokoviçdən növbəti zəfər
Tennis, Digər
10 Sentyabr 2018 - 13:07
Supersport.Az xəbər verir ki, Nyu-Yorkda keçirilən kişilər arasında tennis üzrə  turnirlərdən olan “US Open” turnirinin həlledici görüşündə argentinalı Xuan Martin del Potro (Argentina) və Novak Cokoviç (Serbiya) üz-üzə gəliblər. Görüş üç saat iyirmi bir dəqiqə davam edib.

İlk setdə daha üstün oyun nümayiş etdirən serbiyalı tennisçi qalib gəlib (6:3). İkinci set daha gərgin keçərək “tay breyk”ə qədər uzanıb və yenidən Novak Cokoviçin qələbəsi ilə başa çatıb (7:6). Üçüncü setdə bütün gücünü ortaya qoyan Novak rəqibinə heç bir şans verməyib (6:3).

 

Digər xəbərlər