"Barselona" daha bir ilk

"Barselona" daha bir ilk
Futbol
10 Sentyabr 2018 - 07:17
“Barselona” daha bir ilkə imza atıb.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Barselona” “YouTube”də 5 milyon abunəçisi ilk olan futbol komandasıdır.

Hazırda “Barselona”nın rəsmi “YouTube” kanalının 5 199 073 abunəçisi var. Son 1 ildə abunəçilərin sayı 1 952 334 nəfər artıb.

“Barselona” “YouTube” abunəçilərinin sayına görə “Real” (3 910 610), “Yuventus” (1 487 998), “Liverpul” (1 457 933) və “Mançester Siti”ni (1 429 243) qabaqlayır.

Digər xəbərlər