Gürcüstanda vəfat edən idmançımız ölkəyə gətirildi

Gürcüstanda vəfat edən idmançımız ölkəyə gətirildi
Futbol
09 Sentyabr 2018 - 22:47
Supersport.Az-ın məlumatına görə, Tiflisdə II Avropa oyunlarına lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü Yusif Arifoğlu Kərimov faciəli şəkildə dünyasını dəyişib.  

Bildirilir ki, 34 yaşlı idmançını səkinin üstündə dayanarkən avtomobil vurub.

Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Azərbaycanın aidiyyatı qurumları, Gənclər və İdman Nazirliyi, həmçinin ölkəmizin Gürcüstandakı səfirliyi samboçunun cənazəsinin ölkəmizə gətirilməsinə nail olub. 

İdmançı doğulduğu Dəvəçi rayonunda dəfn olunub.

Allah rəhmət eləsin.

 

Digər xəbərlər