Sentyabrın 8-də “US Open” turnirinin final oyunu keçirilib.
Supersport.Az xəbər verir ki, mükafat fondu 53 milyon dollar təşkil edən turnirin finalında yaponiyalı Naomi Osaka amerikalı Serena Vilyams ilə üz-üzə gəlib. Bir saat iyirmi bir dəqiqə davam edən matçda Naomi qələbə qazanıb (6:2, 6:4). Naomi Osaka ilk dəfədir “Böyük dəbilqə” seriyası yarışlarında qalib gəlir.