"Sportinq" borc bataqlığında

"Sportinq" borc bataqlığında
Futbol
09 Sentyabr 2018 - 01:25
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Sportinq" maddi böhranla üzləşib.

Klub 201718-ci il mövsümündə 19.9 milyon avro itirib. Bu barədə İdarə Heyətinin sədri Joze Sousa Kintra hesabatda qeyd edib.

"Sportinq"in maliyyə dövriyyəsi 126 milyon avro olub. Komanda bəzi futbolçularla müqaviləni ləğv edib.

"Sportinq"in ümumi borcu 311 milyon avrodan 283 milyona, banka nominal ödəmə 105 milyondan 88 milyon avroya azaldılıb.

 

Digər xəbərlər