Azərbaycan Kosovoya qol vura bilmədi

Azərbaycan Kosovoya qol vura bilmədi
Futbol
07 Sentyabr 2018 - 21:55
Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında ilk matçına çıxıb.

Supersport.Az xəbər verir ki, D Liqasının 3-cü qrupunda yer alan milli komandamız ilk sınağında doğma meydanda Kosovo ilə qarşılaşır. Bakı Olimpiya Stadionunda baş tutacaq oyun həm də Qurban Qurbanovun millimizin baş məşqçisi postunda ilk rəsmi sınağıdır.

Komandamız qrupun əsas favoritlərindən biri hesab olunan Kosovo ilə görüşdə qələbə qazanmağa çalışıb. Əks halda yığmamızın qrup birinciliyi şansları azala bilərdi. Oyun qolsuz başa çatıb.

UEFA Millətlər Liqası

D Liqası, 3-cü qrup

7 sentyabr

20:00. Azərbaycan - Kosovo 0-0 

Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland
Əlavə köməkçi hakimlər: Espen Eskas, Tom Harald Hagen (Hamısı Norveç).
Bakı Olimpiya Stadionu.

Digər xəbərlər