"Qarabağ"ın rəqibindən yeni müqavilə

"Qarabağ"ın rəqibindən yeni müqavilə
Futbol
06 Sentyabr 2018 - 11:59
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya "Sportinq"i Jovane Kabral ilə yeni müqavilə bağlayıb. Lissabon təmsilçisinin rəsmi saytının xəbərinə görə, Kabo-Verde millisinin hücumçusunun sözləşməsi 2023-cü ilə qədər uzadılıb.

 20 yaşlı oyunçunun sərbəstqalma məbləği 60 milyon avro təyin edilib. O, əsas komandada 77 nömrəli forma ilə çıxış edəcək. Forvard komandaya 2016-cı ildə transfer olunub və aşağı yaş qruplarında çıxış edib.


Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu səfərdə "Sportinq"ə qarşı keçirəcək. Portuqaliyanın paytaxtı Lissabondakı "Joze Alvalade" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər xəbərlər