UEFA-dan tələb olundu: Səfər qol qaydası ləğv olunsun

UEFA-dan tələb olundu: Səfər qol qaydası ləğv olunsun
Futbol
05 Sentyabr 2018 - 16:24
Avropanın aparıcı baş məşqçilərinin Nyonda forumunda futbolda problemlər müzakirə olunub.

Supersport.Az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, 4 saat davam edən toplantıda onlar qitə miqyaslı klub yarışlarında səfər qolu qaydasına yenidən baxılması xahişi ilə UEFA-ya müraciət etməyə qərar veriblər.

Bu barədə qurumun yarışların təşkili üzrə direktoru Corco Marketti məlumat verib: "Onlar düşünürlər ki, indi səfərdə qol vurmaq asandır. Məşqçilər hesab edirlər ki, futbolda vəziyyət dəyişib və buna görə də səfər qolu məsələsinə yenidən baxmaq lazımdır. Biz bunu araşdıracağıq".

Görüşdə Massimiliano Alleqri ("Yuventus"), Karlo Ançelotti ("Napoli"), Rafael Benites ("Nyukasl"), Arsen Venger (hazırda klubsuzdur), Rudi Qarsiya ("Olimpik", Marsel), Şenol Günəş ("Beşiktaş"), Serjiu Konseysau ("Portu"), Xulen Lopeteqi ("Real" Madrid), Joze Mourinyo ("Mançester Yunayted"), Tomas Tuhel (PSJ), Paulu Fonseka ("Şaxtyor" Donetsk) və Unai Emeri ("Arsenal") iştirak edib.

Qeyd edək ki, 1965-ci ildən tədbiq edilən qaydaya əsasən, pley-off oyunlarında səfər qolu komandaya üstünlük qazandırır. İki oyunun nəticəsinə görə hesab bərabər olarsa, səfərdə qol vuran, hər iki oyunda qollu bərabərlik qeydə alınanda isə, səfərdə daha çox qol vuran komanda mərhələni keçir.

Digər xəbərlər