AFFA prezidenti milli komanda ilə görüşdü - Foto

AFFA prezidenti milli komanda ilə görüşdü - Foto
Futbol, Foto
05 Sentyabr 2018 - 10:12
Milli Komandaların Məşq Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev dünən milli komanda ilə görüşüb. 

Supersport.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, o, əvvəlcə yığmamızın baş məşqçisi Qurban Qurbanovla, ardınca isə millinin tam heyəti ilə görüşüb.

AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Qurban Qurbanov çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.



Digər xəbərlər