Azərbaycandan Rusiyada uğur

Azərbaycandan Rusiyada uğur
Digər, Taekvondo
05 Sentyabr 2018 - 00:47
Rusiyada keçirilən "Russian Open" G1 kateqoriyalı beynəlxalq taekvondo turnirinə yekun vurulub.

Yarışın son günü də gənc Olimpiya komandamızın iki üzvü medala sahib olub. Belə ki, -63 kq çəki dərəcəsində mübarizə aparan Cavab Ağayev turnirin qalibi olub. Minayə Əkbərova (-46 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.

Xatırladaq ki, ilk yarış günü Hatəm Həsənli (-45 kq) də qızıl medal qazanıb. Beləliklə, turnirdə dörd idmançı ilə təmsil olunan Məmməd Abdullayev və Zahid Məmmədovun yetirmələri yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.

Digər xəbərlər