İbrahim Şehiç: "Məqsədimiz Azərbaycanda istedadlı uşaqların yoxa çıxmamasıdır"

İbrahim Şehiç: "Məqsədimiz Azərbaycanda istedadlı uşaqların yoxa çıxmamasıdır"
Futbol
05 Sentyabr 2018 - 00:25
Supersport.Az-ın məlumatına görə, ötən mövsümün sonu "Qarabağ"dan ayrılan İbrahim Şehiç Bakıda idman  məktəbi açacaq.

Bosniya və Herseqovina millisinin üzvü bu barədə şəxsi Feysbuk səhifəsində yazıb.
Hazırda türkiyənin "Ərzurumspor" klubunda çıxış edən 30 yaşlı qolkiper yeni məktəbin fəaliyyəti ilə bağlı məlumat verib:


"Yaxın zamanlarda Azərbaycanda İdman Təhsil Mərkəzinin açılışı olacaq. Mən və idmançı dostlarımın töhfələriylə azərbaycanlı gənc istedadlıları çalışdıraraq, bildiyimiz bütün şeyləri onlara öyrətmək istəyirik. Biz həmin istedadlıların Bosniya və Herseqovina, Rusiya, Türkiyə, Yunanıstan və yerli klublara transferi üçün çalışacağıq. Məqsədimiz Azərbaycandakı istedadlı uşaqların yoxa çıxmamasıdır. İlk 3 ay ərzində məktəb ödənişli olacaq. Daha sonra isə istedadlılar pulsuz çalışacaq. Bütün şərtlər yaxın zamanlarda açıqlanacaq".

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib.

Digər xəbərlər