Ramil Quliyev ən yaxşılar siyahısında

Ramil Quliyev ən yaxşılar siyahısında
Atletika, Digər
04 Sentyabr 2018 - 16:52



Supersport.Az-ın məlumatına görə, Avropa Atletika Assosiasiyası qitədə avqustun ən yaxşı idmançısını müəyyən etmək məqsədilə keçirdiyi sorğuda namizədlər sırasında Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev də yer alıb.

Dünya və Avropa çempionu avqustun ikinci həftəsində Almaniya paytaxtı Berlində 200 metr məsafəyə qitənin ən sürətli qaçışçısı olub (19.76 san).




European Athletic Association Twitter və Facebook-da səs qəbul edir.

Avropada ayın ən yaxşı idmançısı adına namizədlər sırasınad Armand Duplantis (İsveç), Ramil Quliyev (Türkiyə), Zharnel Hughes (Büyük Britaniya), Jakob İngebrigtsen (Norveç), Koen Naerts (Belçika) var.


Digər xəbərlər