Əliyar Ağayev Rusiya - Çexiya oyununda

Əliyar Ağayev Rusiya - Çexiya oyununda
Futbol
04 Sentyabr 2018 - 11:42
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasında yoldaşlıq oyununa təyinat alıb.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, gənc referi sentyabrın 10-da Rostov şəhərində keçiriləcək matçın baş hakimi olacaq.

Yan xətt hakimi funksiyasını isə  Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək.

Digər xəbərlər