Ronaldo klub prezidenti oldu

Ronaldo klub prezidenti oldu
Maqazin
04 Sentyabr 2018 - 00:01
Braziliya yığmasının sabiq futbolçusu Ronaldonun İspaniyada klub almaq istədiyi barədə xəbərlər nəhayət ki, rəsmən təsdiqini tapıb.

Supersport.Az-ın klubun Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, veteran hücumçu La Liqa təmsilçisinin səhmlərinin 51 faizini alıb.

“Valyadolid”ə Çin şirkətləri də maraq göstərirdilər. Ancaq klubun hazırkı rəhbərliyi braziliyalıya üstünlük verib.

“Valyadolid” La Liqada 3-cü turdan sonra 2 xalla 16-cı pillədə qərarlaşıb.

Digər xəbərlər