Kosovonun Azərbaycanla oyuna heyəti

Kosovonun Azərbaycanla oyuna heyəti
Futbol
03 Sentyabr 2018 - 06:54
Kosovo millisinin UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Supersport.Az-ın məlumatına görə, baş məşqçi Bernard Şallan 24 futbolçuya dəvət göndərib.

Heyətdə yerli çempionatda oynayan yalnız bir futbolçu var və 23 futbolçu ölkə xaricində çıxış edir.

Komandanın ulduz futbolçusu Valon Berişa isə zədəli olduğundan milliyə çağrılmayıb.

Qapıçılar: Samir Uykani ("Rizəspor"), Faton Maloku ("Kukesi"), Visar Bekay ("Priştina");

Müdafiəçilər: Armi Rrahmani ("Dinamo", Zaqreb), Fidan Aliti ("Skenderbeu"), Mergim Voyvoda ("Muskron"), Ardian İsmajli ("Hayduk"), Kastriot Dermaku ("Kosenza"), Leart Paqarada ("Sandhauzen"), Benjamin Kololli ("Sürix"), Jetmir Krasniqi ("Luqano"), Arbenit Xhemayli ("Ksamaks");

Yarımmüdafiəçilər: Hekuran Kryeziu ("Sürix"), Herolind Şala ("Start"), İdriz Voka ("Lüzern"), Bernard Berişa ("Axmat"), Arber Zeneli ("Heerenveen"), Milot Reşika ("Verder"), Edon Zegrova ("Genk"), Bersant Kelina ("Suonsi");

Hücumçular: Elbasan Raşani ("Odds"), Donis Avdiyay ("Villem II"), Vedat Muriqi ("Rizəspor"), Adhe Nuhiu ("Şeffield").

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.

Digər xəbərlər