"Qarabağ" "Sportinq"lə oyunun hazırlığına nə vaxt başlayacaq?

"Qarabağ" "Sportinq"lə oyunun hazırlığına nə vaxt başlayacaq?
Futbol
02 Sentyabr 2018 - 23:29
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avropa Liqasında "Şerif"i mübarizədən kənarlaşdıran "Qarabağ"a 4 gün istirahət verilib.

Altıqat Azərbaycan çempionu sentyabrın 4-də ölkə çempionatında "Sumqayıt", həmçinin Avroliqanın qrup turnirinin ilk turunda "Sportinq"lə qarşılaşmanın hazırlığına başlayacaq. Ağdam klubu sentyabrın 15-də premyer liqanın 4-cü turunda Sumqayıt təmsilçisinin qonağı olacaq.

"Qarabağ" sentyabrın 20-də isə Portuqaliyada "Sportinq"lə qüvvəsini sınayacaq.

Digər xəbərlər