"Qarabağ"ın rəqibi qalib gəldi - Video

"Qarabağ"ın rəqibi qalib gəldi - Video
Futbol, Video
02 Sentyabr 2018 - 10:41
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sportinq" Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

Supersport.Az-ın məlumatına görə, Lissabon təmsilçisi evdə "Feyrensi" qəbul edib. Matç "Sportinq"in i 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 88-ci dəqiqədə Jovane Kabral vurub.


Qeyd edək ki, Avropa Liqasının "E" qrupunda ilk oyununu "Qarabağ" sentyabrın 20-də "Sportinq"ə qarşı keçirəcək.

Digər xəbərlər