"Modriçin ən yaxşı futbolçu seçilməsi biabırçılıqdır"

"Modriçin ən yaxşı futbolçu seçilməsi biabırçılıqdır"
Futbol
01 Sentyabr 2018 - 22:17
Supersport.Az-ın məlumatına görə, "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun maraqlarını güdən menecer Jorje Mendeş "Real Madrid"in xorvat yarımmüdafiəçisi Luka Modriçin Avropada ötən mövsümün ən yaxşı futbolçusu seçilməsini gülməli hesab edib.

"Ronaldo 15 qol vurub və "Real"ın Çempionlar Liqasının qalibi olmasında böyük rol oynayıb. Modriçin ən yaxşı futbolçu seçilməsi gülməli və rüsvayçılıqdır" - deyə, Mendeş bildirib.

İlin ən yaxşıları Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində mükafatlandırılıb. "Real"ın futbolçuları fərqlənib.

Ən yaxşı qolkiper Keylor Navas, müdafiəçi Serxio Ramos, yarımmüdafiəçi Modriç, hücumçu Ronaldo seçilib.

Xorvatiya yığmasının 32 yaşlı futbolçusu dünya çempionatında yüksək səviyyədə oyun nümayiş etdirərək ən yaxşı oyunçu kimi "Qızıl top"la mükafatlandırılıb. Xorvatlar Dünya Kubokunun finalında Fransa seçmə komandasına məğlub olub.

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo mükafatlandırma mərasiminə getmədiyi üçün UEFA prezidenti Aleksander Çeferin futbolçunu tənqid edib.

Məlumata görə, portuqaliyalı oyunçu əvvəlcə Monakoya vertolyotla getməyi düşünüb. Lakin mükafatlandırmaya iki saat qalmış ilin futbolçusunun Luka Modriçin seçilməsindən xəbərdar olan Ronaldo fikrini dəyişib. "Yuventus"un baş direktoru Cüzeppe Marotta Ronaldoya zəng etsə də, onu razı sala bilməyib. İtaliya klubu UEFA-ya futbolçunun mükafatlandırmaya gəlməyəcəyini bildirib.

Digər xəbərlər