"Qarabağ"ın rəqibi "Vorskla" sevindi

"Qarabağ"ın rəqibi "Vorskla" sevindi
Futbol
01 Sentyabr 2018 - 10:25
Supersport.Az-ın məlumatına görə, Avroliqanın qrupunda "Qarabağ"ın rəqiblərindən biri "Vorskla" Ukrayna çempionatının 7-ci turunda "Çernomorets"ə qalib gəlib.

Poltava komandası Odessa klubunu 2:1 hesabıyla məğlub edib. "Vorskla"dan Vladislav Kulaçın 49-cu dəqiqədə vurduğu qola 14 dəqiqə sonra "Çernomorets"li Artyom Çorniy cavab versə də, Dmitri Rıjukun qapını səhv salması meydan sahiblərinə qələbə qazandırıb. Poltava klubundan 24-cü dəqiqədə penalti zərbəsini boşa verib.

Qeyd edək ki, Ukrayna premyer liqasında 12 klub mübarizə aparır və 6 oyundan 15 xalla malik Donetsk "Şaxtyor"u və "Aleksandriya" ilk iki pilləni bölüşdürür. Kiyev "Dinamo"su 5 oyundan 13 xalla üçüncüdür.

"Çernomorets" və "Vorskla" 9 xalla 4-5-ci yerdə qərarlaşıb.

Digər xəbərlər