ÇL-də ötən mövsümün ən yaxşıları bəlli oldu

ÇL-də ötən mövsümün ən yaxşıları bəlli oldu
Futbol
31 Avqust 2018 - 06:20
UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün müxtəlif nominasiyalar üzrə qalibləri müəyyənləşib.

Supersport.Az xəbər verir ki, mükafatlandırma mərasimi Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində baş tutub.

 

Ən yaxşı qapıçı adına İspaniyanın "Real” klubunda çıxış edən Keylor Navas layiq görülüb.

 

Onun komanda yoldaşları Serxio Ramos ən yaxşı müdafiəçi, Luka Modriç isə ən yaxşı yarımmüdafiəçi seçilib.

 

Madrid klubundan İtaliyanın “Yuventus” komandasına keçən Kriştiano Ronaldo isə ən yaxşı hücumçu nominasiyasında birinci olub.

 

Geridə qalan mövsümün ən yaxşı oyunçusu adını da Luka Modriç qazanıb.

Digər xəbərlər