Qara Qarayev: "Artıq onlar bizim azarkeş deyil" - Video

Qara Qarayev: "Artıq onlar bizim azarkeş deyil" - Video
Futbol, Video
30 Avqust 2018 - 02:00
Supersport.Az-ın məlumatına görə, Avroliqanın pley-off mərhələsinin "Şerif"lə cavab oyunundan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev belə deyib.

Futbolçu oyuna motivasiyalı çıxmasının səbəbini bildirib:


"Oyun ərəfəsində bu matça xüsusi köklənişdim. Bunun da bir amili var idi. Bunu vurğulayacam, özü də çox sərt şəkildə. Oyundan öncə oxudum ki, “Qarabağ”ın həlledici matçına 13-15 min bilet satılıb. Bu, məni çox motivasiya etdi. Çünki bizi dəstəkləyən və dəstəkləməyən azarkeşlər həmişə var. Uğur olanda da, olmayanda da yanımızda olublar. “Qarabağ” uğur qazananda da, qazanmayanda da bu komandanın yanında olmaq lazımdır. Çətin günlərimizdə də dəstəyə ehtiyacımız var. Vacib pley-off oyunu idi, əvvəllər oyunumuza bilet taplmırdı. Amma bu gün tribunalarda boş yerlər var idi".

Qarayev narazılığın da diqqətə çatdırıb:

"Avropa Liqası qitənin nüfuzuna görə 2-ci turniri sayılır. Bu oyun bizim taleyimizi həll edirdi. Amma bu qədər azarkeşin bizdən imtina etməsi... Artıq onlar bizim azarkeş deyil. Ancaq uğur qazananda dəstək olmaq lazım deyil".

Yarımmüdafiəçi qələbə barədə də danışıb:

"Bu oyun son idi. İtiriləcək nəsə yox idi. Layiqli qalib gəldik. Hər mövsüm Avropada çıxışımız ölkə adına böyük uğurdur. Biz dəstəkləyən və dəstəkləməyən jurnalistlərə də təşəkkür edirik. Hiss edirdik ki, tək deyilik, dəstəyi hiss edirdik. Dəstək olmayanlar da bizə güc verdi. Azərbaycan Premyer Liqasından fərqli olaraq, azarkeşlər dekabra kimi futbol bayramında olacaqlar".

Digər xəbərlər