Qoran Sabliç: "Qarabağ" qrupa layiq idi" - Video

Qoran Sabliç: "Qarabağ" qrupa layiq idi" - Video
Futbol
30 Avqust 2018 - 23:47
Supersport.Az Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olan "Şerif"in baş məşqçisi Qoran Sabliçin fikirlərini videogörüntüyə alıb.


- Nə demək olar? "Qarabağ"ı təbrik edirəm. Bu gün güclü olan tərəf qalib gəldi. “Qarabağ”ın yaxşı komanda olduğunu əvvəldən bilirdik. Burada heç-heçə etmək barədə düşünürdük. Ancaq qapımızda erkən qol gördük. Futbolçularım ilk hissədə özlərinə güvənmirdilər.  İkinci hissədə özümüzü bir qədər toparladıq, sona qədər mübarizə apardıq. Ancaq güclü komanda qalib gəldi və mərhələ adladı".

- Ötən gün özünüzə çox güvənirdiniz və iddialı danışırdınız. Bugünkü məğlubiyyətə "Qarabağ"ın möhtəşəm oyunu, yoxsa "Şerif"in aciz çıxışı səbəb oldu?

- "Qarabağ" əla oynadı. Ancaq razıyam ki, oyunçularım elə də yaxşı mübarizə aparmadı. Onlar olduğu səviyyədə futbol oynamadılar.  Güclü komandaya məğlub olduq. Rəqibin futbolçuları fərdi keyfiyyətlərə malikdi. Biz əlimizdən gələni etdik. Əfsuslar olsun ki, bacarmadıq. "Qarabağ" qələbəni haqq edirdi.

- "Qarabağ"a çox qol vura biləcəyinizi deyirdiniz. Oyunun gedişində nə düşündünüz?

- Oyundan sonra bu barədə danışmağı əhəmiyyəti yoxdur.  Əlbəttə, qol vurmaq üçün çalışdıq. Ancaq bacara bilmədik. Son dəqiqələrdə də qol vura bilərdik.

- İlk oyundan sonra demişdiniz ki, "Qarabağ" məni heç nə ilə təəccübləndirmədi. Bu gün nəyə təəccübləndiniz?

- Mən həmişə "Qarabağ"ın ünvanına xoş sözlər demişəm. Bilinir ki, futbolçuların özlərinə güvəni var.

- "Qarabağ" qrup mərhələsində hansı nailiyyəti əldə edə bilər?

- "Qarabağ"ın çıxışını ötən il də izləyirdik. Bu komandaya qarşı simpatiyam var. Əlbəttə, oyunlarını izləyəcəm. "Qarabağ" qrup mərhələsində oynamağa layiq və bizim üçün çətin rəqib idi. Ümid edirəm ki, gələn il qrup mərhələsinə vəsiqə qazanacağıq.

Anar Cəfərov

 

Digər xəbərlər