AFFA-dan gülünc qərar

AFFA-dan gülünc qərar
Futbol
29 Avqust 2018 - 15:28
Supersport.Az-ın məlumatına görə, bu gün AFFA İntizam Komitəsinin iclasında biabırçı qərar verilib.

Diqqət çəkən məqamdan biri I Divizionun 2-ci turunda keçirilən "Neftçi 2"- "Sabah 2"(0-0) qarşılaşmasında qonaq komandanın köməkçi məşqçisi Alim Qurbanovun "texniki zona qaydalarını pozması" müddəasıdır. Ona bir oyunluq cəza verilib, klub 80 manat cərimələnib. Məsələ burasındadır ki, Alim Qurbanov texniki zona qaydalarını pozmayıb, birbaşa oyunun gedişinə mane olaraq meydana su şüşəsi atıb və qarşılaşma buna görə dayanıb. Bu hal da Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, qarşılaşmanın AFFA nümayəndəsinin gözü qarşısında baş verib. Belə olan halda nəyə görə İntizam Komitəsi belə gülünc qərar qəbul edib? Nə vaxtdan meydana su şüşəsi atıb, oyunun gedişinə mane olmaq "texniki zona qaydasını pozma" sayılıb? O zaman texniki zonada əyləşənlərdən hər hansı biri əsəbləşdiyi vaxt əlinə keçən əşyanı meydana atsın, düşünsün ki, onsuzda cəzası 1 oyundur? Bu ikili standart niyə? Eyni hal Premyer Liqada olsaydı İntizam Komitəsi həqiqətən belə gülünc, absurd qərar verəcəkdi? Təbii ki, yox. Kiminsə texniki zonada oturduğu üçün etdiyi belə hörmətsizliyi, kobud qayda pozuntusunu sırf o əyləşdiyi yer "texniki zonadır" deyə dəyərləndirmək ancaq İntizam Komitəsinin qərarlarında olar. Heç olmasa çalışdığınız qurumun AFFA İntizam Komitəsi olduğunu nəzərə alıb, ləkələməyin.

Digər xəbərlər