FİFA prezidentindən ABŞ rəhbəri Trampa qırmızı vərəqə - Foto

FİFA prezidentindən ABŞ rəhbəri Trampa qırmızı vərəqə - Foto
Futbol, Foto
29 Avqust 2018 - 03:11
FİFA prezidenti Canni İnfantino "Ağ ev"də ABŞ-ın rəhbəri Donald Trampla görüşüb.

Supersport.Az-ın məlumatına görə, İnfantino Trampa qırmızı vərəqə göstərib, 26 nömrəli geyim təqdim edib. Beynəlxalq qurumun rəhbəri bildirib ki, siyasətçi indi FİFA komandasının hissəsidir. İnfantino ABŞ, Kanada və Meksikanın 2026-cı il Dünya Kuboku yarışını yüksək səviyyədə keçirəcəyini ümid etdiyini vurğulayıb.

Tramp, güman edir ki, gələcəkdə Amerikada "sokker"ə "futbol" deyiləcək:

"Bizdə bu "sokker"dir. Mənə elə gəlir ki, siz onu futbol adlandırırsınız. Ola bilər ki, burda da belə olacaq".

Digər xəbərlər