"Şerif"i mübarizədən kənarlaşdırmağın yolu - Video

"Şerif"i mübarizədən kənarlaşdırmağın yolu - Video
Futbol, Video
29 Avqust 2018 - 10:50
Supersport.Az "Qarabağ"a kömək məqsədilə "Şerif"in uduzduğu oyunlardan videogörüntü təqdim edir.

Avroliqanın pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionu Moldovada 0:1 hesablı məğlubiyyətə uğrayıb.

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Kutaisi "Torpedo"su "Şerif"i 2:1 məğlub etsə də, səfərdə 3 qol buraxıb.

Makedoniya "Şkendiya"sı ikinci təsnifat raundunun ilk qarşılaşmasında Moldova klubunu 1 qolla məğlub edib, səfərdə qolsuz heç-heçəylə mərhələ adlayıb.

Avroliqanın üçüncü təsnifat mərhələsində mübarizəyə qoşulan "Şerif" öz meydanında "Valur"a 1:0 hesabıyla qalib gəlib, səfərdə qol hesabına (1:2) pley-off-a vəsiqə qazanaraq "Qarabağ"a rəqib olub.

Tiraspol təmsilçisi ölkə çempionatında 18 oyundan sonra 42 xalla vahid liderdir və iki məğlubiyyət alıb. Moldovada "Şerif"ə qalib gələn yeganə komanda "Petrokub"dur. Bu klub rəqibini hər iki oyunda 1 qolla məğlub edib. "Petrokub" "Şerif" üzərində may və avqust ayında qələbə qazanıb.

Digər xəbərlər