Millimiz 5000 dollar qazandı - Foto

Millimiz 5000 dollar qazandı - Foto
Futbol, Foto
28 Avqust 2018 - 20:42
Supersport.Az-a Qazaxıstanda təşkil olunmuş "Prezident kuboku" turnirində ikinci yeri tutan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qazancı məlum olub.


Seçməmiz finalda qarşılaşdığı Krasnodar Futbol Akademiyasının komandası ilk hissədə azlıqda qalmasına baxmayaraq məğlub olub. Penalti seriyasında zərbələri boşa verən yığmamız 0:3 hesabıyla uduzub.


Millimizin üzvləri – Veysəl Rzayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Musa Qurbanlı isə ən yaxşı hücumçusu adına layiq görülüb. M.Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun övladı və yarışda 2 qol vurub.


Turnirin qalibi Krasnodar komandası 7000, yığmamız isə 5000 dollar qazanıb.

Digər xəbərlər