Almeyda və Enrike "Qarabağ"a dəstək verdi - Video

Almeyda və Enrike "Qarabağ"a dəstək verdi - Video
Futbol, Video
28 Avqust 2018 - 11:55

Azərbaycan derbisində "Neftçi"yə qarşı keçirilən oyunda "Qarabağ"ın sabiq üzvləri Riçard Almeyda və Pedro Enrike keçmiş komandasına dəstək nümayiş etdirib.


Qazaxıstanın "Astana" klubunda çıxış edən oyunçular matçı izləyib, "Qarabağ"ın qoluna seviniblər.


"Neftçi" ilə 1:1 hesablı heç-heçə edən Ağdam klubunun qolunu İnnosent Emeqara vurub.


Qeyd edək ki, millimizin üzvü olan Riçard 2012/2018-ci illərdə "Qarabağ"da çıxış edib. Pedro isə ötən mövsümü Ağdam klubunda icarə əsasında keçirib.


Digər xəbərlər