Yığmamız finalda - Foto

Yığmamız finalda - Foto
Futbol, Foto
27 Avqust 2018 - 21:48
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunan "Prezident kuboku" turnirində növbəti oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşan komandamız heç-heçə edib - 1:1. Yığmamızın heyətində Musa Qurbanlı fərqlənib.

Bu nəticədən sonra qrupda birinci yeri tutan milli komandamız finala vəsiqə qazanıb. Avqustun 28-də, saat 15:00-da keçiriləcək final oyununda yığmamızın rəqibi digər qrupun qalibi - Krasnodar Futbol Akademiyasının U-17 komandası olacaq.

Digər xəbərlər