Roberto Bordin: "Neftçi" qorxaq futbol oynamadı" - Video

Roberto Bordin: "Neftçi" qorxaq futbol oynamadı" - Video
Futbol, Video
27 Avqust 2018 - 06:28

Supersport.Az Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Neftçi"nin baş məşqçisi Roberto Bordinin "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini videogörüntüyə alıb.


İtaliyalı mütəxəssis qollu bərabərliklə keçən oyundan razı qalıb:

"Burada gülən üzləri görmək mənə xoşdur. Çox güclü komanda olduğumuzu sübut etdik. Xeyli qol imkanı yaratdıq. Ağır oyun olsa da, öz oyunçularımdan kifayət qədər razıyam. Biz 7-8 qol epizodu yaratdıq. Bunu qorxaq, müdafiə futbolu adlandırmaq olmaz. Müdafiə futbolu oynayan komanda qol vəziyyətləri yarada bilməz. İkinci qolu da vura bilərdik. Biz heyəti məşqlərə əsasən müəyyənləşdiririk. Yerli və ya əcnəbi fərqi qoymuruq. Mən yenə eyni qaydada məşqlərimi keçirirəm. Dabo xarakteristikasına əsasən, cinah oyunçusudur. O, həm orada, həm də mərkəzdə çalışdı. Karikarinin də qol vəziyyətləri oldu. Lakin təəssüf ki, fərqlənə bilmədi. Müdafiə xəttində anarxiyadan söhbət gedə bilməz. Belə olsaydı, bu qədər hücum futbolu göstərə bilməzdik. Kifayət qədər gözəl oyun göstərdik. Lazım olanda müdafiə, lazım olanda hücum futbolu sərgilədik. Oyunumuzdan razı qaldım. Bir tərəfdən xoşbəxtəm ki, səfər oyununda heç-heçə etdik. Digər tərəfdən, qol vəziyyətlərimizi dəyərləndirə bilmədiyimizə görə məyusam".


 

Digər xəbərlər