Ronaldo inanılmaz fürsəti qaçırdı - Video

Ronaldo inanılmaz fürsəti qaçırdı - Video
Futbol, Video
26 Avqust 2018 - 01:30
Supersport.Az-ın məlumatına görə, İtaliya çempionatında "Yuventus"un "Latsio"nu iki qolla məğlub etdiyi oyunda Kriştiano Ronaldo yeni klubunda inanılmaz fürsəti qaçırıb. Turin komandasından Miraelm Pyaniç (30) və Mario Mancukiç (75) fərqlənib.

Portuqaliyalı futbolçu qolkiper Tomas Strakoşanın əlindən buraxdığı topu qapıya göndərə bilməsə də, Mario Mancukiç istəyinə çatıb. Ronaldo iki turda qol vura bilməyib.

"Yuve"də forma geyən türk əsilli alman futbolçu Əmrə Can 69-cu dəqiqədə Pyaniçin əvəzinə meydana çıxıb.

İki turda qələbə qazanan son 7 mövsümün çempionu "Yuventus" gələn həftə səfərdə "Parma"nın qonağı olacaq.

Digər xəbərlər